Balakəndə ova gedən qonşulardan qanunsuz odlu silahlar götürülüb
6-01-2022, 12:03
Oxunub: 584
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, gecə saatlarında rayonun Qazma kəndində çöllük ərazidə dayanan “VAZ-21011” markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb etdiyindən ona yaxınlaşıblar. Bu zaman avtomobildə olan sürücü və sərnişinlərin hərəkətləri şübhə doğurduğu üçün həmin şəxslər polis şöbəsinə gətiriliblər. Araşdırma zamanı sürücünün Tülü kənd sakini Ramiz Akkubayev, sərnişinlərin isə onun həmkəndliləri Ələddin Dabaxov, Seymur Xəlilov və Emil Sarayev olduqları müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman sərnişinlərə məxsus üç ədəd müvafiq sənədləri olmayan, “BUM” və “İJ” markalı ov tüfəngləri, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanaraq götürülüb. Onlar ifadələrində birlikdə ova getdiklərini bildiriblər.
Saxlanılan şəxslərin hər biri barəsində protokol tərtib edilərək baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.
Çox Oxunanlar
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 27-04-2022, 19:14 : Yardımlıda ŞOK HADİSƏ: Məktəb direktoru gözdən əlil şagirdi döyüb ağır xəsarətlər yetirdi
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 27-04-2022, 19:02 : Bakı şəhərinə yeni prokuror təyin edilib
Xəbərlər
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə