BolgeXeber.Com » Xəbərlər » Bakıda direktor şagirdləri döydü - Araşdırma aparılır - VİDEO

Bakıda direktor şagirdləri döydü - Araşdırma aparılır - VİDEO

6-01-2022, 17:22
Oxunub: 1 848 Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
İdarədən bildirilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Qeyd olunub ki, ümumtəhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir: "Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".