Gəncə "patı" satanlar saxlanıldı
8-01-2022, 10:47
Oxunub: 488
Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və digər tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri- Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı saxlanılaraq polis idarələrinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman "heroin", "metamfetamin", "qurudulmuş marixuana" və digər qanunla qadağan edilimiş müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Bundan başqa araşdırmalar zamanı saxlanılan şəxslərdən İlham Əmrahlının İran İslam Respublikasının vətəndaşı olan, hələlik istintaqa məlum olmayan şəxslə sosial şəbəkə üzərindən əlaqəyə girərək sonuncudan bir başa təması olmadan bir neçə dəfə narkotik vasitə alması aşkar edilib.
Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 19-05-2022, 16:22 : Hacıqabul rayon Heydər Əliyev Mərkəzininin əməkdaşları Şirvanda olmuşlar
Mədəniyyət
- 17-05-2022, 11:26 : Salyan İcra Hakimiyyətinin başçısı Xıdırlı kəndində əhali ilə səyyar görüş keçirmişdir
Ölkə
- 12-05-2022, 09:43 : Düşmən Kəlbəcəri atəşə tutdu
Ölkə
- 13-05-2022, 09:46 : Əsəbi sakitləşdirən 12 qida - Hər gün üçünü yeyin
Xəbərlər
- 17-05-2022, 14:06 : Mədəniyyət Nazirliyindən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz!-VİDEO
Xəbərlər
- 6-05-2022, 14:30 : “Eurohome”un fəaliyyəti məhdudlaşdırıldı - FOTO/VİDEO
Ölkə
- 12-05-2022, 14:58 : Azərbaycandakı dəhşətli qəza ilə bağlı - Rəsmi açıqlama
Ölkə
- 12-05-2022, 19:10 : Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Xəbərlər
- 7-05-2022, 15:07 : Zorakılıq, zorlanma, ayrılıq... - Məktəbli qızları intihardan necə çəkindirək?
Müsahibə-Reportaj
- 16-05-2022, 17:44 : “AzerGold”un rəhbərliyinə gətirilən Mətin Eynullayev kimdir? - DOSYE
Gündəm