BolgeXeber.Com » Xəbərlər » Oğurlanan 2 yaşlı körpə tapıldı, saxlanılanlar var

Oğurlanan 2 yaşlı körpə tapıldı, saxlanılanlar var

8-01-2022, 20:00
Oxunub: 1 520 Ötən il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində tapılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, körpəni oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.