BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda qəribə hadisə: Evlənmək üçün qızı qaçırıb işgəncə verdilər

Azərbaycanda qəribə hadisə: Evlənmək üçün qızı qaçırıb işgəncə verdilər

28-02-2022, 10:14
Oxunub: 1 344 Göyçayın Ulaşlı Şıxlı kəndində gənc qıza oğlan və ailəsi tərəfindən zorla qaçırılaraq işgəncə verilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, rayon sakinləri Mahmud Əliyev atası Feyruz Əliyev və anası Yeganə Əliyeva ilə birlikdə 21 yaşlı qızı qaçıraraq tövlədə gizlədiblər.

Ailə üzvləri daha sonra qızın müqavimət göstərməsinin qarşısını almaq üçün ağzını bağlayaraq işgəncə veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, həmin hadisədən məlumatlıdırlar:

"Məsələ DİN tərəfindən nəzarətə götürülüb və qız ailəsinə təhvil verilib. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Qeyd edilib ki, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.