BolgeXeber.Com » Xəbərlər » Bakıda 27 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

Bakıda 27 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

14-03-2022, 10:18
Oxunub: 1 904 Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Xəzər Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.