BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəbində“Şuşa ili” ilə bağlı tədbir keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəbində“Şuşa ili” ilə bağlı tədbir keçirilib

4-04-2022, 17:18
Oxunub: 1 888 Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax rayon Aşağı Qarxun kənd Uşaq musiqi məktəbi tərəfindən “Şuşa ili” ilə bağlı tədbir keçirilib.

Ölkəmizdə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir. Bu kimi tədbirlərdən biri də Yevlax rayon Aşağı Qarxun kənd Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Yevlax şəhər Yaradıcılıq evində baş tutub. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb və sonra Dövlət Himni səsləndirilib. 
Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Şuşanın, o cümlədən Qarabağın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.  Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, Şuşalıların yaşadıqları çətinliklər, vətən həsrəti səhnəciklərlə, şeirlərlə xatırlanıb.
Tədbirin davamında ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnılar, eyni zamanda mədəniyyət beşiyi sayılan Şuşanın bir inci kimi yetişdirdiyi incəsənət xadimlərinin əsərləri ifa olunub, “Arşın mal alan” operettasından “Qızların Xoru” səhnəsi nümayiş etdirilib. 
Sonda məktəb kollektivinin ifasında “Əziz Şuşa” mahnısı ifa edilib və tədbirin təşkilində xüsusi əməyi olan əməkdaşlar dəyərli hədiyyələrlə təltif olunub.