BolgeXeber.Com » Xəbərlər » Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır

Zəngəzur dəhlizi sülhün və inkişafın təminatıdır

7-05-2022, 14:41
Oxunub: 3 800 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı Azərbaycanın səbr kasasını daşdıran hadisə oldu. Başlanan əks-hücum əməliyyatları torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi və beləliklə, Azərbaycan, vasitəçilərin etmək istəmədiklərini, beynəlxalq hüququn tələblərini güc yolu ilə təmin etdi.  Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb, Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib. Hazırlığın bir istiqaməti də Dağlıq Qarabağ məsələsi ilə bağlı, xüsusən erməni lobbisinin dünyada formalaşdırdığı sterotipləri dağıtmaq, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq olub. Vətən müharibəsində hərbi-siyasi qələbənin qazanılmasında İlham Əliyevin mütərəqqi informasiya siyasəti olduqca böyük rol oynadı.
  Prezident İlham Əliyevin ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdıran yeni informasiya strategiyası sistemlilik və operativlik kimi prinsiplərə əsaslanmaqla milli maraqlarımızı inamla təmin edir.
Bu gün post-münaqişə dövründə dövlətimizin qarşısında duran ən başlıca məqsəd, dinc mühitə və tərəqqiyə əsaslanan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətli şəkildə həyata keçirmək, bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsindən 2 milyard manat sərf edilmiş, gələn ilin dövlət büdcəsindən isə 2.2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bunun real nəticəsidir ki, azad olmuş ərazilərdə köklü şəkildə bərpa və quruculuq işləri həyata keçirilmiş, yeni yollar salınmış, komunukasiya xətləri çəkilmiş, həyati əhəmiyyətli infrastruktur obyektləri tikilmiş, bir sözlə bölgəyə yeni həyat, yeni nəfəs gəlmişdir.
Belə ki, 2020-ci ildə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı, aprel ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı və gələcəkdə inşası nəzərdə tutulan Laçın Beynəlxalq Hava Limanı bölgənin beynəlxalq nəqliyyat logistika mərkəzinə çevrilməsi üçün yeni və geniş imkanlar açır. Prezident qətiyyətlə vurğulayıb ki, öz iqtisadi qüdrətinə arxalanan dövlət əraziləri bərpa edəcək, Qarabağ və Zəngəzurda yer üzündə cənnət nümunəsi yaradacaq, artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları geniş tikinti- quruculuq meydanına çevrilib və ölkə iqtisadiyyatına böyük dividentlər gətirəcək.
Prezident  İlham Əliyev aprelin 21-də Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə də tanış olub. Qeyd edək ki, bu yolun əsas önəmlərindən biri Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir. Cəmi 40 kilometr olan Zəngəzur dəhlizinin bərpa olunması ölkəmiz üçün yeni iqtisadi prespektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ordan isə Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirmək ölkəmizin qazanacağı növbəti tarixi zəfəri olacaqdır. Bu baxımdan Zəngəzur dəhlizi Uzaq Çin və Qərb dünyası arasında yeni nəqliyyat yolu kimi yükdaşımaların fasiləsiz və səmərəli şəkildə daşınmasında önəmli ticarət marşrutu kimi də çıxış edərək  Azərbaycana və bütün iştirakçı ölkələrə yeni dividentlər qazandıracaqdır. Beləliklə yaradılacaq yeni nəqliyyat kommunikasiya infrastrukturu yük daşımalarının artımına xidmət etməklə regional və dünya miqyasında iştirakçı , tərəfdaş ölkələrə iqtisadi cəhətdən yüksək fayda verəcəkdir. Eyni zamanda iqtisadi inkişafın və beynəlxalq ticarətin stimullaşdırılmasında da böyük rola malik olacaqdır.
Prezident İlham Əliyev BMT- nin Asiya və Sakit okean üçün iqtisadi və sosial Komunikasiyasının Asiya və Sakit Okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması  mövzusuna həsr edilən 77- ci sessiyasındakı çıxışı zamanı Azərbaycanın regionda dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi arzusunda olduğunu, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm tövhə verdiyini diqqətə çatdırıb. Eyni zamanda bu proses dünyada yük daşımalarının həcminin artdığı bir dövrdə Xəzər dənizində su nəqliyyatının inkişafında da böyük rol oyanayacaqdır.
Beləliklə Prezident həm müdrik siyasi lider, həm də dəmir iradəli Ali baş Komandan kimi ona qarşı yönələn hədsiz təhdid və ağır təziqlərə rəğmən, bütün çətiniklərə sinə gərərərək icra etdiyi missiyanı uğurla başa vurdu, ata vəsiyyətini yerinə yetirdi. Şanlı qələbə yürüşümüzün əsas hədəfi, yekun mərhələsi olan qədim yurd yerimiz, Qarabağın tacı Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün isə xalqımızın qüdrətinin və milli qürürunun təntənəsi olaraq – 8 Noyabr Zəfər Günü kimi əbədi tarixə düşdü.
 
Elnarə Cəfərova-YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi