"Tik-Tok" da göbəy rəqsi ilə aləmi qatan MƏMUR-VİDEO
13-05-2022, 10:27
Oxunub: 4 064
Artıq bir müddətdir ki, sosial şəbəkələr arasında “Tik-tok”a maraq kəskin artıb. “Tik-tok” Azərbaycan seqmentində demək olar ki, insanların böyük maraqla istifadə etdiyi sosial məkana çevrilib. Ölkəmizdə mövcud olan söz və internet azadlığı sosial mediada insanların öz fikirlərini bölüşməsinə geniş imkanlar yaradı. Hər cür insana ev sahibliyi edən “Tik-tok” sosial şəbəkəsi yerli məmurlarımıza da imkan tanımaqdadır.
GUNinfo.az bildirir ki, “Tik-tok”-da gecəsini gündüzünə qatan yerli məmurlardan biri də 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlu Nicat Paşayevdir .
Nicat Paşayev məmur olaraq “Tik-tok” sosial şəbəkəsində qarşı tərəfləri təhqir etməklə və acaib göbəy rəqsləri ilə yadda qlıb. Eyni zamanda sosial şəbəkələr mədəni maarifçilik təbliğatında kasat olan bu gənc özünübəyənmiş məmur əcaib ağız, göz hərəkətləri ilə özünü idarə edə bilmir və hər kəsə meydan oxuyur.
Nicat Paşayevlə bağlı araşdırma aparan əməkdaşlarımız ilginc məlumatlar əldə edib.
Belə ki, Nicat Paşayev "Azəravtoyol"-un sədri Saleh Məmmədovun yaxın dostu 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğludur.
Mübariz Paşayevlə bağlı məlumatlar isə belədir:
Mübariz Paşayev dediyimiz kimi, "Azəravtoyol"-un sədri Saleh Məmmədovun yaxın dostudur. Bu "müqəddəs" dostluğundan istifadə edən M. Paşeyev illərdir 10 saylı Yol İstismar idarəsin öz şəxsi malı kimi istifadə edir. M. Paşayev həmçinin öz yaxın qohumlarını 0 saylı Yol İstismar idarəsində ən gəlrli vəzifələrdə yerləşdirib.
Direktorun bu yaxın qohumları idarədə ümumi qazanca şərik olaraq çalışdığı deyilir. Hansı ki, bu adamların çoxu heç idarənin qapısını belə tanımır.
Əsas gəlirli shələrdə Mübariz Paşayevin oğlu Nicat Paşayev, qardaşı və qardaşı oğlu Zaur Paşayev eləcə də baş iqtisadçı olan qohumu Elmdarı misal çəkmək olar.
“Tik-tok”-da əcaib göbək rəqsi oynayan gənc məmur Nicat Paşayevin videosunu təqdim edirik:
https://www.youtube.com/watch?v=ytT5x_9go8w&t=2s
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər