BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir

Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir

23-05-2022, 11:55
Oxunub: 3 432 Ölkə rəhbəri çıxışında qeyd etdi ki, biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var.
 Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra bəyanatında bildirib ki, biz həmçinin Gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir.
İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.
Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. İndi biz ərazilərin yenidən qurulması və canlandırılması məsələsi ilə üz-üzəyik. Çünki hər şey dağıdılıb və yerlə-yeksan edilib.
 Beynəlxalq ekspertlərin azad edilmiş şəhərlərdən biri olan Ağdamı “Qafqazın Hirosiması” adlandırdıqlarını diqqətə çatdıran dövlətimizin başçısı bir daha vurğulayıb ki, biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik . 
Litva Prezidenti ilə çox uğurla inkişaf edən Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə etdiklərini bildirən Azərbaycan Prezidenti deyib ki, həmçinin yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini müzakirə etdik. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu üzv dövlətlərin üçdə biridir. Bu onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır . 
Nərgiz Şərifova – YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru.