Rusiyanın yüksəkranqlı diplomatı istefa verib: “Utanıram”
23-05-2022, 18:58
Oxunub: 3 352
Rusiya Xarici İşlər Nazirliyinin diplomatı – Rusiyanın Cenevrədə BMT-yanındakı müşaviri Boris Bondarev 20 illik fəaliyyətdən sonra ölkəsinin Ukraynadakı müharibəsini tənqid edərək istefa verib.
Bu barədə diplomatın açıqlamasını "UN Watch”ın icraçı direktoru, hüquq müdafiəçisi Hillel Noyer tviterdə dərc edib.
Açıqlamasında o, öz işinə və ölkəsinə görə utanc hissi duyduğunu etiraf edib:
"Ukraynadakı müharibə Putin tərəfindən bütün Qərb dünyasına qarşı aparılır. Bu, təkcə Ukrayna xalqına qarşı cinayət deyil, həm də qalın Z hərfi ilə ölkəmizdə firavan demokratik cəmiyyətin tədricən inkişafına bütün ümidlərin üstündən xətt çəkmiş Rusiya xalqına qarşı, bəlkə də, ən ağır cinayətdir”.
Diplomatın sözlərinə görə, Xarici İşlər Nazirliyi özünün bilavasitə vəzifələri ilə məşğul olmağı dayandırıb və dar dairəyə xidmət etməyə başlayıb. Onun fikrincə, son 20 ildə Rusiya XİN-də yalanın və qeyri-peşəkarlığın səviyyəsi fəlakətli miqyas alıb:
"Nazir Lavrov bu sistemin deqradasiyasının yaxşı nümunəsidir. O, 18 ildə nazirliyin bir çox əməkdaşının bərabər olmaq istədiyi peşəkar və savadlı ziyalıdan, davamlı olaraq ziddiyyətli bəyanatlar verən, dünyanı (yəni Rusiyanı da) nüvə silahı ilə hədələyən şəxsə çevrildi!”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər