Uzun müddət koma vəziyyətində qalan qazi bu gün şəhidlik zirvəsinə ucalıb
23-05-2022, 12:03
Oxunub: 3 080
Bu gün Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalan N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, 14 sentyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuş Qəhramanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulduğu Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, Şəhid ailələrinin üzvləri, qazilər veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edib.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, “torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid analarının hər birinin qarşısında baş əyirik. Yaqub kimi igid oğulların xatirəsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhramanlıq nümunəsi olacaq”.
Sonra icra başçısı Müstəqim Məmmədov Azərbaycanın Dövlət Bayrağını şəhidin atasına və yadigar qalan oğluna təqdim edib.
Qeyd edək ki, şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlu Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana hospitalında və İstanbul cərrahiyə xəstəxanasında müalicə alıb, hazırda isə müalicəsini Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında davam etdirirdi.
Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.










Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər