BolgeXeber.Com » Xəbərlər » Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşdü

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşdü

25-06-2022, 10:27
Oxunub: 2 256 İyunun 25-də Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.
Bolgexeber.com xəbər verir ki, avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən saat 7:00-da Füzuli istiqamətinə hərəkətə başlayıb. Reyslər həftədə hazırkı mərhələdə 1 dəfə olmaqla təşkil edilib.

Qeyd edək ki, Bakı-Füzuli-Bakı marşrutu ilk dəfədir həyata keçirilir. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.