BolgeXeber.Com » Xəbərlər » Qəzada xəsarət alan polis mayoru xəstəxanada öldü

Qəzada xəsarət alan polis mayoru xəstəxanada öldü

15-07-2022, 10:06
Oxunub: 2 896 Bir müddət öncə Göygöl rayon ərazisində avtomobil qəzası zamanı ağır xəsarət alan polis əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

İyun ayında Göygöl rayon Hacıməlik kəndində idarə etdiyi avtomobilin aşması nəticəsində xəsarət alan, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru 1978-ci il təvəllüdlü Qubad Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib..


Məlumata görə, Qubad Qasımov həm də qazi atası idi.

Onun övladı 44 günlük Vətən müharibəsində iştirak edib.