BolgeXeber.Com » Xəbərlər » Nabrandakı zəhərlənmə ilə bağlı rəsmi məlumat

Nabrandakı zəhərlənmə ilə bağlı rəsmi məlumat

20-07-2022, 14:41
Oxunub: 2 760 Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a bildirilib ki, onların vəziyyətləri normal qiymətləndirilir. Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilmişdir.