Şəkidə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən şəxs həbs edilib
31-08-2022, 19:00
Oxunub: 2 880
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək digərlərinə də təhlükə yaradan sürücü saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü, Şəki şəhər sakini Asif Məmmədov yol-hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb.Həmçinin, öz əməlinə haqq qazandırmaq üçün polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan sürücü xırda xuliqanlıq hərəkətlərinə yol verib. Asif Məmmədov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs olunub.
Qeyd edək ki, həmin sürücü əvvəllər də avtomobili sərxoş halda idarə etdiyinə, eləcə yol-hərəkəti qaydalarını müxtəlif üsullarla pozduğuna görə, barəsində son 1 il ərzində 9 dəfə inzibati tənbeh tədbiri görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər