Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb
8-09-2022, 16:35
Oxunub: 2 992
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, son bir həftə ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Həmçinin qeyd edilən müddət ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində bir şəxsə qarşı oğurluq əməlini törədərək, zərərçəkənə 420 dollar maddi ziyan vuran bir qadın da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Qeyd edilən faktların hər biri ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan 12 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər