Valideynlərdən pul tələb edən müəllim CƏZALANDIRILDI
11-10-2022, 19:24
Oxunub: 2 848
Abşeron rayonu, Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Şahgəldiyeva Müəllimlər günü ilə bağlı valideynlərdən pul tələb etdiyi üçün şiddətli töhmət verilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, idarəyə A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli məktəbin ingilis dili müəllimi Şahgəldiyeva Gülnarə tərəfindən valideynlər qrupuna səs mesajı göndərərək Müəllimlər günü münasibəti ilə pul tələb etməsi barədə məlumat daxil olub:
“Məsələ ilə bağlı araşdırma aparılıb, müəllimin izahatı alınıb. Araşdırmanın yekun nəticəsi olaraq bildiririk ki, A. Müzəffərov adına Saray 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi vəzifəsində çalışan Şahgəldiyeva Gülnarə Səməd qızı müəllimlərin etik davranış qaydalarını ciddi şəkildə pozub, valideynlərlə işgüzar münasibətlərə aid olmayan və müəllimə yaraşmayan ünsiyyət yaratmışdır.
Müəllimlərin etik davranış qaydalarını və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2 maddəsini nəzərə alaraq, məktəbin müəllimi Şahgəldiyeva Gülnarə Səməd qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu, Saray qəsəbəsi 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Şahgəldiyeva Müəllimlər günü ilə bağlı valideynlərdən pul tələb etməsi ilə bağlı məlumat yayılmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər