BolgeXeber.Com » Xəbərlər » Ağstafada məktəblini maşınla vuraraq öldürən sürücü divizion komandiridir

Ağstafada məktəblini maşınla vuraraq öldürən sürücü divizion komandiridir

12-10-2022, 12:09
Oxunub: 2 992 Ötən gün Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs divizion komandiri imiş.
Bolgexeber.com-un Oxu.az-a istinadən məlumatına görə, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə rayon ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu vurub.
Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, B.Məmmədov həmin rayonda N saylı hərbi hissədə divizion komandiridir. 
Faktla bağlı araşdırma aparılır.