BolgeXeber.Com » Xəbərlər » Su kəmərində qəza, Bakı-Qazax yolu bağlandı, DİN hərəkətə keçdi — FOTO,VİDEO

Su kəmərində qəza, Bakı-Qazax yolu bağlandı, DİN hərəkətə keçdi — FOTO,VİDEO

15-10-2022, 11:31
Oxunub: 2 696 Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür. 
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:
"Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur".
Nazirliyi, Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür.