BolgeXeber.Com » Xəbərlər » Bu gündən ev telefonlarının abunə haqqı ARTIRILDI

Bu gündən ev telefonlarının abunə haqqı ARTIRILDI

1-11-2022, 10:12
Oxunub: 1 960 Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılıb.
 
Bu barədə Tarif Şurasının 26 oktyabr 2022-ci il tarixli qərarında qeyd olunub.
 
Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilib.
 
Qərar bu gündən qüvvəyə minib.