BolgeXeber.Com » Xəbərlər » Salyan rayon İcra Hakimiyyətində “8 noyabr- Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir
Salyan rayon İcra Hakimiyyətində “8 noyabr- Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir
9-11-2022, 09:48
Oxunub: 3 248
Salyan rayon İcra Hakimiyyətində “8 noyabr- Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Jalə Əhmədova, Fəzail Ağamalı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində Zəfər tariximizə həsr olunmuş rəsm sərgisi ilə tanış olmuşlar. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin ştirakçısı və Qəhrəmanı Zaur Hüseynov Qarabağın tacı olan Şuşanın qəhrəmanlıqla alınmasından söz açmış, ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə, Şuşanın azad edilməsi Azərbaycan hərb tarixinin ən yaddaqalan, şanlı səhifələrindən olduğunu vurğulamışdır. Bildirmişdir ki, Ali Baş Komandanımızın qətiyyətli addımları, xalqımızın ordunun yanında olması, cəmiyyətimizin müharibəyə, Böyük Qələbəyə köklənməsi bizi daha irəlilərə apardı. Vətən Müharibəsi Qəhrəmanı sonda çıxışında Şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə xalqımızı təbrik etmiş, Vətən uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət diləmişdir. Tədbirdə Salyan Rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən vətənpərvərlik və qələbə ab-havalı musiqilər səsləndirilib. Sonda Əməkdar artist Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyasının yetirmələri tamaşaçılara möhtəşəm mahnılarını təqdim etmişlər.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə