29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
4-02-2023, 15:50
Oxunub: 5 336
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bu ay istefaya göndəriləcəyi haqda iddia yayılıb.
Buna səbəb kimi Ramiz Zeynalovun bu ay 72 yaşının tamam olması göstərilir.
Qeyd edək ki, Ramiz Məhəmmədəli oğlu Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) və SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib.
1976-cı ildə daxili işlər orqanlarında işə başlayıb. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.
R.Zeynalov 2003-cü ildə “general-mayor” rütbəsi alıb. Generallar üçün xidmətdə ən son yaş həddi 70 sayılır.
Buna görə də R.Zeynalovun 29 ildir rəhbərlik etdiyi qurumdan pensiyaya göndəriləcəyi barədə məlumatın yayılması təsadüfi deyil.// Axar.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər