BolgeXeber.Com » Xəbərlər » Səfirlikdən Türkiyədəki vətəndaşlarımıza MÜRACİƏT

Səfirlikdən Türkiyədəki vətəndaşlarımıza MÜRACİƏT

6-02-2023, 10:17
Oxunub: 2 616

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.

Bolgexeber.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

“Qəhramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, - səfirlikdən qeyd olunub.

Qeyd edək ki, bu gecə Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, 76 nəfər ölüb.