Fəridlə bağlı hansı xəbər var?- ARAŞDIRMA
15-03-2023, 14:11
Oxunub: 2 704
Təxminən bir saat əvvəl yaşadığımız Passau şəhərinin polis idarəsində idim və oğlumla bağlı məndə olan bütün məlumatları onlara verdim. Materiallar oğlumun yaşadığı, təhsil aldığı Yena şəhərinin polis idarəsinə göndərildi.
Bu sözləri Bolgə.TV-yə açıqlamasında İranda itkin düşən Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. O, oğlunun axtarışının davam etdirildiyini bildirib:
“Yena Polis İdarəsi oğlumun dostlarını, onun otaq yoldaşlarını dindirəcək, universitetdə araşdırma aparacaq. Eyni zamanda Türkiyənin “Peqasus” aviaşirkətinə Fəridin təyyarəyə minib-minmədiyi haqqında sorğu göndəriləcək. Çünki oğlumun 6 martda gəlməli olduğu Tehran-İstanbul-Berlin reysini “Peqasus” yerinə yetirib. Digər tərəfdən polis idarəsindən oğlumun İstanbulda enmə ehtimalının da olduğunu bildirdilər. Əgər aviaşirkət Fəridin təyyarəyə minmədiyini və İstanbulda enmədiyini təsdiqləsə, sonrakı mərhələdə İranın Almaniyadakı səfirliyinə müraciət ediləcək”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi martın 9-da Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda itkin düşməsi ilə bağlı bu ölkəyə nota verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər