Mübariz İbrahimovun həyatından bəhs edən filmin təqdimatı olub
6-04-2023, 17:23
Oxunub: 3 320
Bolgə.TV xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə “Mübariz” adlı film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Mübariz” filminin nümayişi keçirilib.
90 dəqiqədən bir qədər artıq davam edən film 2 ilə ərsəyə gəlib. Film qəhrəmanımızın 5 yaşından şəhidlik zirvəsinə ucalana qədər davam edən şərəfli həyat yolundan bəhs edir. Çəkilişlər isə ölkəmizin müxtəlif bölgələrində aparılıb.
Filmin əsas kadrları Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə çəkilib.
AzTV istehsalı olan “Mübariz” filmi sabahdan kinoteatrlarda izləyicilərə təqdim olunacaq.
Filmin baş prodüsseri və ssenari müəllifi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzov, Mübariz İbrahimovu canlandıran baş rol ifaçısı isə Hüseyn Əliyevdir
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər