BolgeXeber.Com » Xəbərlər » Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ!

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ!

12-04-2023, 10:21
Oxunub: 1 280
Sürücülük vəsiqələrinin verilməsi qaydasına dəyişikliklər gözlənilir. Bunlardan biri sınaq mərhələsi layihəsidir.

Bolgə.TV xəbər verir ki, təklif olunan dəyişiklik təcrübəsiz sürücülər üçün nəzərdə tutulub.

Nəqliyyat üzrə ekpert Elməddin Muradlı aztv-yə açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində yeni sürücülük vəsiqəsi alanlarla bağlı bu təcrübəyə keçid edilib:

"Bu şəxslərə sınaq müddəti verilir. Həmin müddət ərzində kobud qayda pozuntularına yol verirsə, onun sürücülük hüququ məhdudlaşdırılır. Bundan sonra o, yenidən imtahan və digər prosedurlara cəlb edilir".