2023-cü ilin I rübündə “AzerGold” QSC-nin satış göstəriciləri artıb
18-04-2023, 15:03
Oxunub: 3 160
Bolgə.TV xəbər verir ki, Dövlət ixracatçı subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2023-cü ilin birinci rübü ərzində satış göstəriciləri artıb.
Sözügedən dövr ərzində beynəlxalq və yerli bazarlarda 8.3 min unsiya qızıl, 33.5 min unsiya gümüşün satışını həyata keçirən Səhmdar Cəmiyyət satış əməliyyatları nəticəsində, ümumilikdə 27.9 milyon manat vəsait əldə edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl satışı həcmində 14%, gümüş satışı həcmində 79%, satış gəlirlərində isə 13.9% artım deməkdir.
Qeyd edək ki, ümumi satış göstəricilərinə 7.3 min unsiya qızıl, 20 min unsiya gümüşün ixracı, 943 unsiya qızıl, 13.4 min unsiya gümüşün yerli bazarlarda satışı daxildir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl və gümüşün ixrac həcmlərində müvafiq olaraq, 15% və 7.6% artım qeydə alınıb. I rüb üzrə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait isə 24.1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirlərində 12.6% artım deməkdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər