BolgeXeber.Com » Xəbərlər » Tərtərdə bir nəfər minaya düşdü

Tərtərdə bir nəfər minaya düşdü

18-04-2023, 18:24
Oxunub: 1 232
Tərtər rayonunda bir nəfər minaya düşərək xəsarət alıb.

Bolgə.TV xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Partlayış nəticəsində 1980-cu il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.