BolgeXeber.Com » Xəbərlər » İran Azərbaycanda yeni “təşkilat” yaratdı

İran Azərbaycanda yeni “təşkilat” yaratdı

19-04-2023, 11:20
Oxunub: 1 184
İran molla rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa qərar verib.

Bolgə.TV xəbər verir ki, bu barədə MOUZE Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlar “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın mərkəzinin açılışına hazırlaşırlar.

Molla rejiminə xidmət edən və SEPAH-ın nəzarətində olan Teleqram kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir.