Qazaxıstanda Azərbaycanın turizm imkanları təbliğ edilir
19-04-2023, 15:24
Oxunub: 2 024
Bolgə.TV xəbər verir ki, Azərbaycan Turizm Bürosu 19-21 apreldə Qazaxıstanın Almatı şəhərində keçirilən “KITF 2023” turizm və səyahət sərgisində milli stendlə təmsil olunur.
Ümumilikdə 6 yerli turizm sənayesi nümayəndəsinin iştirak etdiyi sərgidə Azərbaycanın potensial turizm imkanları təbliğ edilir və digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Sərginin ilk günündə Azərbaycana həsr edilən panel sessiyası təşkil edilib.
Sessiya zamanı Qazaxıstandan Azərbaycana olan aviauçuşlar, yay mövsümündə təklif edilən turizm məhsulları, hotellər və Azərbaycanda fəaliyyət göstərən müalicəvi kurortlar haqqında məlumat verilib.
Sayca 21-ci dəfə keçirilən “KITF 2023” sərgisində bu il 19 dövləti təmsil edən turizm sənayesi nümayəndələri, dünyanın 28 ölkəsindən 4 minə yaxın ziyarətçi iştirak edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər