Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub
20-04-2023, 08:53
Oxunub: 2 056
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq istintaqa təqdim olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, polis əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Gəncə şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Fuad Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan külli miqdarda, yəni 1 kiloqram 180 qram heroin aşkar edilərək götürülüb. Aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb edilib. Sonuncu dəfə Qobustan rayonu ərazisində əvvəlcədən ona deyilən ərazidən narkotik vasitəni götürüb, paytaxta aparmaq istəyən F.Abbasov polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Abbasovun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər