BolgeXeber.Com » Xəbərlər » Bu avtobusun da hərəkət sxemi dəyişdi

Bu avtobusun da hərəkət sxemi dəyişdi

20-04-2023, 17:38
Oxunub: 1 112
149 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilir.

Bolgə.TV xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dəyişiklik Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədardır.

Rəsmi məlumata görə, tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) avtobusun hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişikliklərin edilməsi planlaşdırılır:

“149 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu - H.Cavid prospekti - Landau küçəsi (Hüseyn Cavid parkı) - Elmlər Akademiyası metro stansiyası - Mətbuat prospekti ilə təşkil ediləcək”.