BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda ağır qəza - Ölən var

Azərbaycanda ağır qəza - Ölən var

21-04-2023, 13:41
Oxunub: 1 056
Qubada ölümlə nəticələnən yol qəzası olub.

Bolgə.TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 20-də saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində kənd sakini X.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında saxlanılan “Toyota” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.