BolgeXeber.Com » Xəbərlər » Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 52 avtomobil keçib

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 52 avtomobil keçib

21-04-2023, 16:06
Oxunub: 1 016
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bolgə.TV report-a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 4 minik və 15 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 52-yə çatıb.