BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

24-04-2023, 16:09
Oxunub: 1 208
Bu gün saat 15:22-də Zaqatala stansiyasından 16 km cənub-qərbdə Zaqatala rayonunda zəlzələ qeydə alınıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, maqnitudası 3.7 olan yeraltı təkan 10 km dərinlikdə baş verib.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.