BolgeXeber.Com » Xəbərlər » Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib
Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib
4-05-2023, 13:29
Oxunub: 1 160
Bolgə.TV xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin şagirdləri arasında keçirilən “Təbiət bizim evimizdir” rəsm müsabiqəsinə yekun vurulub.
Müsabiqənin məqsədi uşaqların Azərbaycan təbiətinə sevgi və marağının daha da artırılması, ətraf mühitin mühafizəsinə diqqət çəkilməsi, həmçinin gənc istedadların yaradıcı təfəkkürünün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılması olub.
Tədbirdə çıxışçılar Ulu Öndər Heydər Əliyevin təbiətə, ətraf mühitin qorunmasına olan qayğıkeş münasibətindən, gənc nəsil arasında həmin hisslərin təbliğ olunmasının zəruriliyindən bəhs ediblər. Şagirdlər isə fərdi bacarıqlarını nümayiş etdirərək Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, rəqs nömrələri ifa ediblər.
Dövlət və özəl qurumların əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqların çəkdiyi Azərbaycanın füsunkar təbiətinə həsr olunan rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib, iştirakçılara təltifnamələr təqdim olunub.
Tədbirin sonunda uşaqların çəkdiyi rəsmlərin satış yarmarkası təşkil edilib və əldə olunan gəlir uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə internat məktəbinin hesabına köçürülüb.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər