BolgeXeber.Com » Xəbərlər » Müəllimlərin iş yerinin dəyişdirməsi üzrə nəticələr AÇIQLANDI

Müəllimlərin iş yerinin dəyişdirməsi üzrə nəticələr AÇIQLANDI

4-05-2023, 17:18
Oxunub: 1 200
28 aprel - 2 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Bolgə.TV xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 1 510 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.

Növbəti mərhələdə uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək.