BolgeXeber.Com » Xəbərlər » Bakıda bu avtobus da kart sisteminə keçir

Bakıda bu avtobus da kart sisteminə keçir

5-05-2023, 16:04
Oxunub: 1 080
Mayın 8-dən “Neftçilər” metro stansiyası ilə eni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bolgə.TV xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.