BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

9-05-2023, 09:40
Oxunub: 1 000
Azərbaycanda zəlzələ baş verib.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Milli  Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da Cəlilabad stansiyasından 23 km şimalda, Biləsuvar rayonunda 3 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.