BolgeXeber.Com » Xəbərlər » Büdcə xərcləri 10% artırılır - Nazir

Büdcə xərcləri 10% artırılır - Nazir

6-06-2023, 11:55
Oxunub: 1 168
Dövlət büdcəsi xərclərinin 10% artırılması nəzərdə tutulur.

Bolgə.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, bununla yanaşı dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərcləri də optimallaşdırılacaq və əlavə maliyyə təminatı yaradılacaq:

“Cari ilin ilk 5 ayında Dövlət Neft Fondundan transferti nəzərə almasaq, dövlət büdcəsinin əlavə gəlirləri 2,6 milyard manat təşkil edib. Dövlət büdcəsinin artırılan əsas xərcləri Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək”//axar.az