BolgeXeber.Com » Xəbərlər » Kürdəmir sakinini elektrik cərəyanı vurub öldürdü

Kürdəmir sakinini elektrik cərəyanı vurub öldürdü

19-06-2023, 12:45
Oxunub: 944
Kürdəmir sakinini Xaçmazda cərəyan vurub öldürüb.

Bolgə.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb.

Kürdəmir rayon sakini, 1968-ci il təvəllüdlü İlyas Ramazan oğlu Cəbrayılov həmin ərazidə su doldurarkən elektrik naqilinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.