BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

20-06-2023, 10:26
Oxunub: 1 360
ABŞ dollarının məzənnəsinin möhkəmlənməsi fonunda dünya bazarında qızılın qiyməti cüzi aşağı düşüb.

Bolgə.TV xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 1,2 ABŞ dolları və yaxud 0,06 % ucuzlaşaraq 1 unsiyası 1 960,85 ABŞ dolları təşkil edib.

Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,34 % azalaraq 1 unsiyası 23,938 ABŞ dolları olub.