BolgeXeber.Com » Xəbərlər » “AzerGold” QSC Qurban bayramı münasibətilə Daşkəsən rayonunda şəhid ailələrini ziyarət edib
“AzerGold” QSC Qurban bayramı münasibətilə Daşkəsən rayonunda şəhid ailələrini ziyarət edib
27-06-2023, 10:06
Oxunub: 2 752
Bolgə.TV xəbər verir ki, “AzerGold” QSC Qurban bayramı münasibətilə Daşkəsən rayonunda şəhid ailələrini ziyarət edib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qurban bayramı münasibətilə Daşkəsən rayonunda qeydiyyatda olan şəhid ailələrini ziyarət edib.
QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində təşkil edilən ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda həyata keçirilmiş hərbi əməliyyatlar zamanı həlak olmuş şəhidlərimizin ailə üzvlərinin daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.
Qurban bayramı ərəfəsində təşkil edilən ziyarət zamanı şəhid ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib, şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan ailələrin hərtərəfli qayğı ilə əhatələnməsinə xidmət edir.
Xatırladaq ki, “AzerGold” QSC ölkəmizin aparıcı dağ-mədən şirkəti olaraq aktiv hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgənin iqtisadi inkişafına töhfələr verməklə yanaşı, həmin regionda yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sosial tədbirlər, müxtəlif xeyriyyə aksiyaları icra edir. Daşkəsən rayonu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri QSC tərəfindən mütəmadi olaraq təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətləri üzrə icra edilən layihələrdən faydalanırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər