Qızıl və gümüş bahalaşıb
1-07-2023, 10:41
Oxunub: 3 096
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 0,60% artaraq, 1,929.40 ABŞ dollarına bərabər olub.
Bolgə.TV birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (sentyabr müqavilələri üzrə) isə 0,97% artaraq, 23.02 dollar təşkil edib.