BolgeXeber.Com » Xəbərlər » “Kapital Bank” təqaüdləri gecikdirir?

“Kapital Bank” təqaüdləri gecikdirir?

17-07-2023, 16:59
Oxunub: 1 184
Şənbə günü “Kapital Bank”ın Salyan rayonunda yerləşən bankomatlarından birində təqaüdlərin alınması mümkün olmayıb.

Bolgə.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Mələsə ilə bağlı saytımıza açıqlama verən “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, sözügedən bankomatda pul olsa da, texniki problemə görə nağdlaşdırmaq imkanı məhdudlaşıb:

“Problemi həll etmək üçün sözügedən bankomata təcili təmir briqadası yollanıb və bu problem növbəti günün axşamı həll olunub. Bu gündən bankomat aktiv şəkildə fəaliyyətini davam etdirir”//axar.az