BolgeXeber.Com » Xəbərlər » Kəlbəcər sakininin meyiti Göygöldə göldə tapıldı

Kəlbəcər sakininin meyiti Göygöldə göldə tapıldı

17-07-2023, 17:00
Oxunub: 2 048
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonu, Ağdağ qəsəbəsində 1 nəfərin (kişi) göldə batması barədə məlumat daxil olub.

Bolgə.TV xəbər verir ki, FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.