BolgeXeber.Com » Xəbərlər » Süd idxalına çəkilən xərc 58%-dən çox artıb

Süd idxalına çəkilən xərc 58%-dən çox artıb

19-07-2023, 18:42
Oxunub: 1 688
Azərbaycan bu ilin yanvar-iyun ayları ərzində 12,9 milyon dollar dəyərində 6 min ton süd idxal edib.

Bolgə.TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 58,5% və ya 4,7 milyon dollar çoxdur.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.16%-ni təşkil edib.