BolgeXeber.Com » Xəbərlər » Allahşükür Paşazadə qan verdi

Allahşükür Paşazadə qan verdi

28-07-2023, 11:52
Oxunub: 944
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar qan verib.

Bolgə.TV xəbər verir ki, Allahşükür Paşazadə QMİ-də qan verib.

Qeyd edək ki, bu gün Aşura günüdür. Məhərrəm ayı iyulun 19-da başlayıb. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.