BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda sərnişindaşıma 16% artıb

Azərbaycanda sərnişindaşıma 16% artıb

16-09-2023, 11:56
Oxunub: 1 568
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5 % və 16 % çox olub.

Bolgə.TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 148,2 milyon ton yük daşıyıb. Yüklərin 4,2 %-i dəniz, 8,2 %-i dəmir yolu, 0,1 %-i hava, 5,5 %-i avtomobil nəqliyyatı, 31 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,1 % təşkil edib.

8 ayda nəqliyyatçılar 1 189,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,8 %-i avtomobil nəqliyyatı, 11,6 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.